“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

5-oktyabr müəllimlər günü

News Image

5-oktyabr müəllimlər günü

Bakı Dövlət Universiteti nəzdində Humanitar və İqtisadiyyat Kollecində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirilib! 


Tədbiri giriş sözü ilə açan kollecin direktoru Hicran xanım Eyyubova və Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Firuzə Fərmanlı çıxış edərək müəllimlərimizi peşə bayramı münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıblar.


Daha sonra Kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri Nisə Əliyeva pedaqoji kollektivimizi təbrik edərək səmimi arzularını çatdırıb.


Kollecin Həmkarlar İttifaqı tərəfindən dəvət olunan gənc istedat Telman Budaqov retro musiqilər ifa edərək hər kəsə xoş anlar bəxş edib. 


Bütün müəllimlərimizi bir daha təbrik edirik!

27 Sentyabr-Anım Günü.

News Image

27 Sentyabr-Anım Günü.

27 Sentyabr-Anım Günü münasibətilə BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecinin kitabxana müdiri Qətibə Qasımova biblioqrafiya fənn müəllimi Sona Abdulova, Mülki müdafiə üzrə mühəndis Məhəmməd-Emin Şahbazov və tələbələrin iştirakı ilə dəyirmi masa təşkil edib. Dəyirmi masa zamanı 27 Sentyabr – Anım Gününün tarixi-siyasi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının ölkənin gələcək inkişafındakı rolu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu, Vətən sevgisi və qəhrəmanlığı haqqında məlumat verilib, onların əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi qeyd olunub.

Elgün Muradovun xatirəsinə inşa edilmiş bulağı ziyarət edilmişdir.

News Image

Elgün Muradovun xatirəsinə inşa edilmiş bulağı ziyarət edilmişdir.

27 Sentyabr-Anım Günü münasibətilə BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecinin rəhbər heyəti şəhid məzun Elgün Muradovun xatirəsinə inşa edilmiş bulağı ziyarət etmiş, onun əziz xatirəsini ehtiramla yad etmişdirlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən sizə borcludur!

News Image

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən sizə borcludur!

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin tələbələri, Tələbə Gənclər Təşkilatının heyəti və könüllüləri Zəfər Abidəsini ziyarət edərək şəhidlərimizin əziz xatirəsini yad edib, abidə önünə gül dəstələri qoyublar.

Kollec rəhbərliyi II Fəxri Xiyabanı ziyarət edib.

News Image

Kollec rəhbərliyi II Fəxri Xiyabanı ziyarət edib.

27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq BDU-nun nəzdində İqtisadiyyat və Humanitar kollecin rəhbərliyi II Fəxri Xiyabanı ziyarət edib.

Ziyarət zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilib.

Şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətləri daim ehtiramla anılır, onların qəhrəmanlığı və əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.


Şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla yad edirik!


27 Sentyabr – Anım Günü

News Image

27 Sentyabr – Anım Günü

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın göstərdiyi şücaətdən bəhs olunub.


Tədbirdə kollecin direktoru Hicran xanım Əyyubova çıxış edərək 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi və dərin məna daşıdığını vurğulayıb, şəhidlərimizin əziz xatirəsinin hər zaman ehtiramla yad ediləcəyini qeyd edib.


Tədbirin ən duyğulu məqamlarından biri isə kollecin şəhid tələbəsi Səmədov Nicatın atası Şahin Səmədovun çıxışı olub. Şahin Səmədov öz xatirələrini bölüşərək şəhidlərimizin həyat yolundan, vətən sevgisindən və onların xalqımız üçün göstərdiyi fədakarlığın əhəmiyyətindən danışıb.


Bu əlamətdar gündə bir daha bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.


Şəhidlərimizin adı qəlbimizdə, əziz xatirəsi daim yaddaşımızdadır.

Şəhid ailələri ziyarət olunub.

News Image

Şəhid ailələri ziyarət olunub.

27 sentyabr-Anım Günü ərəfəsində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin rəhbər heyəti şəhid məzunlar Nicat Səmədov və Elgün Muradovun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhid məzunların əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilib, onların Vətən qarşısında göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlığın gələcək nəsillərə örnək olduğu vurğulanıb, ailələrinə diqqət və qayğı göstərilməsinin hər birimizin mənəvi borcu olduğu qeyd edilib.

Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Birinci kurs tələbələri ilə görüş keçirildi.

News Image

Birinci kurs tələbələri ilə görüş keçirildi.

Kollecin direktoru Hicran xanım Eyyubova,

Tədris işləri üzrə direktor müavini Gülnar xanım Kərimova,Tədris hissə müdiri Kamil Məmmədli,Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Firuzə Fərmanlı.


Görüş zamanı yeni təhsil həyatına qədəm qoyan tələbələr təbrik edildi, onlara qarşıdakı təhsil illərində uğurlar və yüksək nailiyyətlər arzulandı. Tələbələrə kollecin daxili qaydaları, nizam-intizam prinsipləri və təhsil prosesi ilə bağlı vacib məqamlar haqqında ətraflı məlumat verildi.


Eyni zamanda tələbələrin fikir və sualları dinlənildi, onları maraqlandıran məsələlər haqqında ətraflı cavablar təqdim olundu. Görüş qarşılıqlı ünsiyyət, səmimi fikir mübadiləsi və faydalı müzakirələr şəraitində baş tutdu.


Yeni təhsil yolunuzda hər birinizə uğurlar arzulayırıq!

15 Sentyabr – Bilik Günü münasibətilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə tədbir keçirilmişdir.

News Image

15 Sentyabr – Bilik Günü münasibətilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Kollecin direktoru Hicran xanım Əyyubova çıxış edərək kollektivi və tələbələri yeni tədris ili münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir. Daha sonra kollecin tədris işləri üzrə direktor müavini Gülnar Kərimova və sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Firuzə Fərmanlı çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik etmişlər.

Tədbirdə həmçinin kollecin Tələbə Gənclər Təşkilatının sədri Kamil Şahbazlı çıxış edərək tələbələrə yeni tədris ilində uğurlar arzulamışdır.

Daha sonra yüksək nəticələrlə kollecin tələbəsi adını qazanan gənclər kollecin direktoru tərəfindən təbrik edilmiş, onlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.

Tədbir kollecin tələbələrinin hazırladığı gözəl rəqs nömrəsi ilə yekunlaşmışdır.

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə Novruz bayramı ilə əlaqədar tədbir

News Image

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə Novruz bayramı ilə əlaqədar tədbir

Bakı Dövlət Universitetinin nəzdində

İqtisadiyyat və Humanitar kollecdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə kollecin tələbə və müəllim heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Hicran Əyyubova Novruz bayramının əhəmiyyətindən danışıb, tələbələri Novruz adət-ənənələrini qorumaga səsləyib və bahar bayramı ila bağlı xoş diləklərini çatdırıb.

Çıxışdan sonra kollecin heyətinin hazırladığı süjet maraqla izlənilib. Sonra tələbələr Novruzla bağlı hazırladığı maraqlı səhnələri nümayiş etdiriblər, ifalar va alqışlar səsləndiriblər. Daha sonra bayram əhval-ruhiyyasi kollecin həyətinda davam etdirilib, tonqal qurulub. Burda fənn birləşmələri komitələrinin hazırladığı Novruz süfrəsi qiymətləndirilib. Sonda tonqal qalanıb, tonqalın ətrafında rəqslər edilib, yallı gedilib.

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecində Məzun Günü qeyd edilib.

News Image

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecində Məzun Günü qeyd edilib.

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecində Məzun Günü böyük təntənə ilə qeyd olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbiri öz çıxışı ilə açan kollecin direktoru Hicran Əyyubova qonaqları və tədbir iştirakçılarını salamlamış, məzunları təbrik edərək onlara yeni nailiyyətlər arzulamışdır. Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev öz çıxışında hər bir məzunun gələcəyin savadlı mütəxəssisi, vicdanlı vətəndaşı və cəmiyyətə faydalı insanı olacağına inandığını bildirdi. Daha sonra dəvətli qonaqlar-YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini -Gülnar Rəhimova, kollecin şəhid məzunu Nicat Səmədovun atası Şahin Səmədov, kollecə əvvəlki dövrdə rəhbərlik etmiş və onun inkişafında böyük rolu olan Rüxsarə Əliyeva, uğurlu məzunlardan olmuş Kəmalə Qasımova da çıxış edərək, məzunları təbrik etmiş və onlara xoş arzularını bildirmişdirlər. Təhsil aldıqları müddətdə Ümumi Orta Müvəffəqiyyət Göstəriciləri yüksək olan,həmçinin kollecin ictimai işlərində fəal olan tələbələr Təşəkkürnamə ilə təltif olundular.Rəsmi hissənin sonunda ənənəvi məzun papaqlarının səmaya atılması mərasimə xüsusi rəng qatdı. Tədbirin bədii hissəsində məzunlar gənclər arasında populyar olan bir neçə musiqiçilərin ifasını dinləmiş və rəqs etmişdirlər. Məzunlarımızı bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, onlara sağlam, uğurlu və parlaq gələcək arzulayırıq.

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin kollektivi Şəki şəhərinə səfər etmişdir.

News Image

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin kollektivi Şəki şəhərinə səfər etmişdir.

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin kollektivi 20 iyun tarixində Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Şəki şəhərinə səfər etmişdir.

Səfər iştirakçıları Azərbaycan memarlığının gözəl nümunəsi olan Şəki Xan Sarayını, Diyarşünaslıq muzeyini ziyarət etmişdirlər. Səfər çərçivəsində Qafqazın ilk aqroturizm mərkəzi olan Bio Garden və füsunkar gözəlliyi olan Şəki yaylasına da səfər edilmişdir.